28 
Mat
2020
14:09
1464

Bu gündən bütün pensiyaçılar aprel ayının pensiyasını bir ay qabağa alacaqlar

Gürcüstan Hökumətinin qərarı və “Liberti Bank” ilə fəal əməkdaşlıq nəticəsində ölkədə koronavirusun qarşısının alınması məqsədilə Gürcüstanda istənilən yaşda təqaüd alan şəxslərin aprel ayı üçün təqaüdləri vaxtından əvvəl köçürüləcək.

InterPress.ge xəbər verir ki, hökumət büdcəsindən müvafiq məbləğ artıq ayrıb.

Həmçinin virusun yayılmasının qarşısını almaq məqsədilə təqaüdün fəqrli formada verilməsi həyata keçiriləcək. Yəni ki, təqaüd məbləğinin nəğd pul ilə əldə edilməsi yalnız “Liberti Bank” tərəfindən əvvəlcədən elan edilmiş qrafik üzrə mümkün olacaq. Ancaq məbləğin köçürüldüyü andan etibarən, yəni 28 mart tarixindən etibarən karta köçürülmüş təqaüdü təqaüdçülər ticarət obyektlərində - apteklərdə, mağazalarda və komunal ödənişləri ödəyərkən istifadə edə biləcəklər.

Təqaüdün nəğd pul ilə əldə olunma qrafikini görmək üçün vətəndaşlar www.myliberty.ge veb səhifəsini yoxlamalı və ya mobil telefonlardan - 032 208, şəhər telefonlarından isə 208 - ə zəng etməlidirlər.

Gürcüstan Hökuməti təqaüdçüləri sağlamlıqlarına qayğı göstərməyə və maksimal dərəcədə pul çıxarmaq üçün bank sıralarında durmaqdan çəkinməyə çağırır, bir halda ki, bugün faktiki olaraq bütün xidmətlərdən yararlanarkən plastik kartlardan istifadə etmək mümkündür. Əgər onlar təqaüdü nəğd pul şəklində əldə etmək istəyərlərsə, sırada durarkən mütləq arada sosial məsafəni qorumalıdırlar.

Qeyd edək ki, bir neçə gün əvvəl “Liberti Bank” öz təşəbbüsü və resursu ilə 70 yaşı keçmiş təqaüdçülər üçün aprel ayının təqaüdünü öncədən vermək üçün 100 milyon lari ayırdı. Bu təşəbbüsün məqsədi ən yüksək risk qrupuna daxil olan, 70 yaşı keçmiş insanların virus nəticəsində yaranan təhlükədən qorunması, yəni onların banka getmək ehtiyaclarını azaltmaq və təqaüd əldə edən insanların axınını maksimal şəkildə bölüşdürmək idi.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri