28 
Mat
2020
13:41
879

Gürcüstanda xeyriyyəçilərdən koronavirusla bağlı ailələrə yardım – Ərzaqlar şəhərin mərkəzinə buraxıldı

Acara Muxtar Respublikasının paytaxtı Batumidə xeyriyyəçilər koronavirusuna qarşı mübarizənin bir hissəsi olaraq elan edilən fövqəladə hal vəziyyətindən sonra ehtiyacı olanlar üçün şəhərin mərkəzinə ərzaq buraxdılar.

İnterPress.ge xəbər verir ki, Gürcüstanda koronavirusuna qarşı görülən tədbirlər çərçivəsində, ölkədə 21 aprel tarixinə qədər fövqəladə vəziyyət elan edildikdən sonra insanlar küçələrə çıxmamaları barədə xəbərdarlıq edilmişdi. Xeyriyyəçi insanlar çölə çıxa və ehtiyaclarını ödəyə bilməyən vətəndaşlar üçün xeyriyyə addımı atdılar. Belə ki, Batuminin mərkəzində bir grup xeyriyyəçi şəhərin mərkəzinə, düyü, yağ, makaron, greçka, limonat və.s buraxarkən eyni zamanda sözügedən xeyriyyəçi qrup yaşlıların və aztəminatlı ailələrin evlərinə də ərzaq payladılar.

Gürcüstanın liman şəhəri Potidə isə daha bir xeyriyyəçi qrup aztəminatlı ailələr üçün şəhərin mərkəzində saxladıqları avtomobilin arxa hissəsində müxtəlif ərzaq məhsulları payladılar.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri