1 USD =3.206 GEL 1 EUR =3.756 GEL 1 AZN =1.887 GEL 1 TRY =0.413 GEL 1 RUB =4.098 GEL
22 
Mat
2020
10:48
2131

Amiran Qamkrelidze koronavirusa yoluxan oğlu haqda açıqlama verib

"Nikoloz Qamkrelidzenin səhhətinin vəziyyəti qənaətbəxşdir".

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamkrelidze oğlu haqda açıqlama verərəkən bildirib.

Qamkrelidzenin sözlərinə görə, müalicə zamanı ciddi fəsadları olmayıb.

“Bu müddət ərzində ciddi fəsadlarımız olmayıb. Bəzi simptomları var idi və indi araşdırmalara davam edir. Bu son araşdırmaların nə olacağına, hansı mərhələdə hərəkət edəcəyinə bağlıdır. Sizə deyə bilərəm ki, onun səhhəti qənaətbəxşdir", - deyə Qamkrelidze Rustavi 2-də bildirib.

Qeyd edək ki, Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamkrelidzenin oğlu Nikoloz Qamkrelidze koronavirusa yoluxanlardan biridir.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri