21 
Mat
2020
15:09
2574

Fövqəladə vəziyyət qaydalarına tabe olmayanlar yüksək məbləğdə cərimələnəcək - Baş nazirin açıqlaması

"Fövqəladə vəziyyət qaydalarının pozulması inzibati məsuliyyəti nəzərdə tutur".

InterPress.ge xəbər verir ki, bu barədə bəyanatı Gürcüstanın baş naziri, fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı keçirilən brifinqdə verdi.

“Hər bir fiziki və hüquqi şəxs fövqəladə vəziyyət qaydalarına riayət etməlidir, əks təqdirdə fiziki şəxslər 3, hüquqi şəxslər isə, 15 min lari ilə cərimələnəcəklər. Təkrar pozuntuda isə, üç ilə qədər həbs cəzası veriləcək” – dedi baş nazir.

Baş nazirin dediiynə görə, hüquq mühafizə orqanları fövqəladə vəziyyət zamanı qoyulan rejimi qorumaq məqsədi ilə, Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulan məcbur edilmə tədbirlərindən istifadə edəcək.

“İşini və gəlirini itirən vətəndaşlarımızı başa düşürük, ona görə də bu vəziyyətdə işini itirən vətəndaşlara hökümət tərəfindən konkret yardım göstəriləcək” – dedi Qaxaria.

Xatırladaq ki, baş nazir bu gün, aprelin 21-nə qədər fövqəladə vəziyyətin elan edilməsini tələb etdi.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri