16 
Mat
2020
14:34
4366

Marneuli meri əhaliyə müraciət edir - "Vəziyyət ciddidir"

"Çox xahiş edirik, evlərinizdən lazım olmadığı halda çıxmayın. Xüsusən yaşlı insanlar".

InterPress.ge xəbər verir ki, bu haqda Marneuli meri Zaur Darğallı facebook səhifəsində yazıb.

Həmin müraciəti sizə təqdim edirik.

"Ölkə sərhədi tam olaraq bağlandı, xarici vətəndaşların girişinə qadağa qoyuldu.

Bu gündən çayxanalarla birlikdə bütün restoran, kafe, barlarda bağlanacaq!

Pensiaları kəntlərinizdədə ala bilərsiniz, bu şəkildə banklara gəlməyə ehtiyac yoxdur.

Pulun verilməsinnən bağlı heç bir problem yaşanmayacaq.

Kütləvi şəkildə mağazalara getməyə ehtiyac yoxdur, ərzaq problemi yaşanmayacaq.

Lazım olmadığı halda dövlət qurumlarına gəlməyin!!! Gəldiyniz halda 1 metrəlik məsafə tutun!.

Şəxsi hiqienanıza ciddi fikir verin!.

Verilən bütün rekomendasiyalara ciddi yanaşın!.

"Bu virus yalandır, uydurmadır’’ deyənlərə inanmayın, artıq minlərlə insan həyatını itirib.

Əhali ilə əlaqədə olan hər bir təşkilata, aktiv gənclərə, əhalini məlumatlandırmağa çağıırıq.

Biz, xüsusi hazırlanmış bukletləri əhalidə paylamağa başlayırıq.

Vəziyyət ciddidir, özümüzün və ətrafdakıların sağlamlığına hörmətlə yanaşaq", - Zaur Darğallı yazır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri