15 
Mat
2020
11:44
2460

TBC bank-a borcu olanların nəzərinə: TBC üç aylıq ertələmə haqqında ətraflı məlumat yayımlayır

“Tibisi” müştəriləri güzəşt müddətindən – 30 iyun tarixinədək kreditlərin ertələnməsindən yararlanacaqlar.

InterPress.ge xəbər verir ki, güzəşt müddəti 13 mart tarixindən etibarən başladı və 30 iyunadək davam edəcək, həftənin birinci günündən etibarən isə bank istifadəçiləri ertələmə şərtləri haqqında bankdan mesajlar qəbul edəcəklər.

1. Güzəşt müddəti kimlərə şamil olunacaq?

- TBC Bankın kredit məhsullarından istifadə edən bütün fiziki və hüquqi şəxslər, habelə bütün TBC statuslu müştərilər.

2. Hansı məhsullara aid ediləcək?

Güzəşt müddəti aşağıdakı kredit məhsullarına şamil olunacaq:

• İpoteka kreditləri

• İstehlak kreditləri

• Təcili kreditlər

• Avto kreditlər

• Taksitlər

• Kredit kartları

• Overdraftlar

• Lombard

• Standart cədvələ malik biznes və aqrar kreditlər.

3. Güzəşt müddəti nə qədər davam edəcək?

- Yəni neçə dəfə banka ödəniş etməməliyəm?

Güzəşt müddəti 30 iyuna qədər davam edəcək və ən çoxu 3 ödənişin ertələnməsinə şamil olunacaq.

4. Güzəşt müddəti nə vaxtdan başladı?

- Güzəşt müddəti 2020-ci ilin 13 mart tarixindən etibarən başlamışdır.

5. Bugün və ya növbəti həftə ödəniş etmə vaxtımdırsa, nə baş verəcək?

-13 mart tarixindən etibarən ödənişi olan hər bir müştəri güzəşt müddətindən istifadə edə bilər.

6. Güzəşt müddətindən istifadə etsəm, kreditimin faizi artacaq ya yox?

-Xeyr, kredit müqaviləsi əmsallarında dəyişiklik olmayacaq.

7. Kreditimin müddəti artacaq, ya yox?

- Bəli, qrafikli kreditlərdə müddət artacaq + güzəşt müddəti.

8. Aylıq ödənişlərim artacaqmı?

- Aylıq ödəniləcək məbləğ cüzi şəkildə artacaq, çünki bank güzəşt müddəti dövründə ödənilməli olan məbləğ və faizləri kreditin qalan müddəti üzrə yenidən bölüşdürür.

9. Güzəşt müddəti üçün faiz hesablanacaq, ya yox?

- Bəli, güzəşt müddəti ərzində kreditin ümumi məbləğinə faiz hesablanacaq, güzəşt müddəti bitdikdən sonra qalan

müddət arasında bölüşdürüləcək.

10. Faizlərə faiz hesablanacaq?

- Xeyr, faizlərə faiz hesablanmayacaq.

11. Bir neçə kreditim varsa, güzəşt müddətinin hansına aid edilib hansına edilməyəcəyini özüm seçə bilərəm ya yox?

- Fiziki şəxslər kreditlər arasında seçim edə bilməyəcəklər, güzəşt müddəti ya bütün kreditlərə aid ediləcək, ya imtina etsələr heç bir məhsula aid edilməyəcək.

Tibisi statusuna maliksinizsə, onda siz özünüz güzəşt müddətinin hansı kredit məhsulları siyahısına aid olmasına qərar verə bilərsiniz; Biznes kreditləri halında isə fərdi olaraq müzakirələr aparılacaq.

12. Güzəşt müddətindən istifadə etməməyim mümkündürmü?

- Qısa mətn mesajları və ya bankın uzaqdan idarə olunan kanalları vasitəsilə güzəşt müddətindən imtina etdiyinizi bildirmək üçün imkanınız olacaq, ondan sonra müvafiq mesaj alacaqsınız; mesajların göndərilməsi 16 mart tarixindən etibarən başladı və mərhələli şəkildə baş verəcək.

Tibisi statusuna malik müştərisinizsə, 16 mart tarixindən sizin şəxsi bankiriniz sizinlə əlaqə saxlayacaq və sizin istəyinizə uyğun olaraq güzəşt müddəti aktiv ediləcək və ya edilməyəcək.

Əgər siz Tibisi statusu rəqəmsal komplektindən istifadə edirsinizsə, Status Mərkəzi operatoru sizinlə əlaqə saxlayacaq və sizin istəyiniz əsasında güzəşt müddəti aktiv ediləcək və ya edilməyəcək.

13. Güzəşt müddətindən hazırda istifadə edənlər də indiki güzəşt müddətindən istifadə edə biləcəkmi?

- Hazırki kreditinizin güzəşt müddəti iyun ayını da əhatə edirsə, onda sizin üçün güzəşt müddəti aktiv edilməyəcək (məsələn, 2020-ci ilin fevral ayında kredit götürmüsünüz və 6 aylıq güzəşt müddətiniz var, ilk ödənişi iyul ayında etməlisiniz, belə halda sizin üçün hazırda tətbiq olunan güzəşt müddəti aktiv edilməyəcək).

Yox əgər sizin kreditinizin güzəşt müddəti hazırda elan olunan şərtlərlə müqayisədə daha azdırsa, onda güzəşt müddətiniz ertələnən ödənişlər 3 – dən çox olmamaq şərtilə iyun ayına kimi uzadılacaq (məsələn, 2020-ci ilin yanvar ayında 3 aylıq güzəşt müddəti olan kredit götürmüsünüz, ilk ödənişi apreldə etməlisiniz, belə halda sizin güzəşt müddətinizə + 2 ay əlavə olunacaq).

14. Müştəri güzəşt müddətinin aktiv olunması haqqında məlumatı necə alacaq?

- 16 mart tarixindən etibarən müştərilər mərhələli şəkildə güzəşt müddətinin aktiv olunması haqqında bildirişlər – mesajlar alacaqlar. Müştərilərin 20 mart tarixinədək güzəşt müddətindən imtina etmək üçün imkanları olacaq, bu müddət ərzində imtina üçün baş vurmayan müştərilər üçün avtomatik şəkildə güzəşt müddəti aktiv ediləcək;

16 mart tarixindən, həmçinin, statusa sahib müştərilərlə də əlaqə saxlanacaq. Dəyişikliklər mail, internet və ya mobil bank vasitəsilə ediləcək və banka gəlməyə ehtiyac olmayacaq;

15. Vaxtından əvvəl kredit ödənişi etməyə görə əlavə ödəniş (komisyon) olacaqmı?

- Güzəşt müddətindən istifadə edən müştərilən aylıq ödənişlərinin miqdarı çərçivəsində əlavə komisyon ödəmədən vaxtından öncə pul ödəmək imkanları olacaq. Güzəşt müddəti bitdikdən sonra isə müqavilədə yazılan qayda bərpa olunacaq.

16. Güzəşt müddəti martın 16-sından sonra alınan kreditlərə də şamil ediləcəkmi?

- Güzəşt müddəti fərdi nəzərdən keçirmə əsasında 16 martdan sonra alınan kreditlərə da aid ediləcək.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri