13 
Mat
2020
15:24
787

Gürcüstanda müsəlmanların dini mərasimləri dayandırıla bilər

“Koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Gürcüstanın müsəlman icmasının dini mərasimləri müəyyən bir müddətə dayandırıla bilər”.

InterPress.ge xəbər verir ki, barədə “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Şeyx Hacı Ramin İgidov bildirib.

Onun sözlərinə görə, hazırda məscidlərdə ibadətlər adi qaydada həyata keçirilir: “Aidiyyəti dövlət qurumlarının tövsiyəsi əsasında ibadətlərin, xüsusən də cümə namazlarının və digər dini mərasimlərin dayandırılması barədə qərar qəbul oluna bilər”.

GMİ sədri deyib ki, Tbilisi ilə yanaşı, bir neçə böyük məsciddə dezinfeksiya işləri həyata keçirilib: “Digər dini ibadət yerlərində də bu cür işlərin görülməsi ilə bağlı ruhanilərə tapşırıqlar verilib”.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda 25 pasiyentə koronavirus diaqnozu qoyulub. Karantində 245, stasionar nəzarətdə isə 58 nəfər saxlanılır.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri