1 USD =3.074 GEL 1 EUR =3.614 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.42 GEL 1 RUB =4.171 GEL
12 
Mat
2020
11:40
2311

Qardabanidə yerli azərbaycanlı və gürcü gənclər arasında kütləvi dava olub, xəsarət alanlar var

Gürcüstanın Qardabani rayonunda yerli azərbaycanlı və gürcü gənclər arasında kütləvi dava olub.

InterPress.ge xəbər verir ki, hadisə martın 10-da axşam saatlarında Satiçala Muğanlısı kəndində baş verib.

Gənclər arasında yaranan qarşıdurmaya xırda mübahisə səbəb olub. Dava zamanı bir neçə yerli azərbaycanlı gəncə daşla yüngül xəsarətlər yetirilib, bir gürcü gənc isə bıçaqlanıb.

Bıçaqlanan şəxsin xəsarətləri ağır olmayıb və vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Polis insidentlə bağlı araşdırma aparır.

Kənd sakinləri bildiriblər ki, hadisənin axşamı tərəflər arasında artıq barışıq əldə olunub. Onlar gənclər arasında qarşıdurmanın milli zəmində olmadığını qeyd ediblər.(report)

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri