10 
Mat
2020
14:15
360

İqtisadiyyat və Davamlı İnkişaf Nazirinin müavini özünü cəmiyyətdən “təcrid etdi”

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Gennadi Arveladze koronavirus təhlükəsinə görə özünü cəmiyyətdən təcrid edib.

InterPress.ge xəbər verir ki, o, bu barədə Feysbuk hesabında məlumat paylaşıb.

Nazir müavini bildirib ki, bu qərarı koronavirusa yoluxmuş şəxslərlə görüşündən sonra verib.

Qeyd edək ki, son məlumata əsasən, Gürcüstanda 15 nəfərdə koronavirus aşkar edilib. Hazırda 178 nəfər karantində, 56 nəfər isə tibbi nəzarətdə saxlanılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri