09 
Mat
2020
12:04
351

Dünyada ən çox yüklənən proqram hansıdır?

"Facebook" şirkətinə məxsus "WhatsApp" messenceri artıq dünyada ən çox yüklənən proqram deyil. "Sensor Tower"in araşdırmasına görə, 2020-ci ilin yanvarında "TikTok" lider olub.

InterPress.ge ictnews-a istinadən bildirir ki, 2020-ci ilin yanvarında "TikTok" messenceri 104,7 milyon dəfə ("App Store" və "Google Play" məlumatları qeydə alınıb) yüklənilib. Ümumi yükləmələrin 34,4%-i Hindistanın, 10,4%-i isə Braziliyanın payına düşüb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə "TikTok" yükləmələrinin sayı dünyada 46%, 2019-cu ilin dekabrı ilə müqayisədə 27% yüksəlib. 2020-ci ilin yanvarında "WhatsApp" yükləmələrinin sayı 90,6 milyon təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 10% çoxdur.

Ən çox yüklənən proqramların ilk beşliyinə, həmçinin "Facebook", "Instagram" və "Facebook Messenger" daxildir.

 

Bizimlə əlaqə saxlayın

Digər Texnologiya xəbərləri