09 
Mat
2020
12:00
181

Messenger-də bu yeniliklər gözlənilir

Feysbuk şirkəti tərəfindən Messenger-in bəzi xüsusiyyətləri dəyişdirilərək daha çox istifadəçi qazanmaq planlaşdırılır. Əsas hədəf isə Messenger-in istifadəçi sayına görə Whatsapp-ı geridə qoymasıdır.

InterPress.ge bildirir ki, Messenger bu günədək 2 milyarddan çox iOS və Android telefonlarına yüklənib. Amma Feysbukdan bildirilib ki, hər yeniliyin tətbiqindən sonra Messenger-də qarışıq vəziyyət yaranır. Əsas yeniliklər də məhz elə bununla izah edilib.

Şirkət rəsmiləri Messenger-ə tətbiq olunacaq yeniliklərin əsasən sürətlə bağlı olacağını bildiriblər. Tətbiq artıq daha sürətli çalışaraq WhatsApp kimi axıcı olacaq. Dizayn baxımından da dəyişiklik gözlənilir, loqo ölçüsünün kiçildiləcəyi bildirilib.

Daha bir yenilik isə tətbiqin sadələşdirilməsi ilə bağlıdır. Feysbuk rəsmilərinin fikrincə, dizayn və funksiyalarının mürəkkəb olması Messenger istifadəçilərinin sayına təsir göstərir. Buna görə də, tətbiqi kifayət qədər sadələşdirmək qərara alınıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Texnologiya xəbərləri