06 
Mat
2020
09:38
939

WhatsApp-ın bilmədiyiniz maraqlı funksiyaları – SİYAHI

Demək olar ki, bütün smartfonlarda WhatsApp quraşdırılıb. Bizə elə gəlir ki, WhatsAppın bütün imkanlarından istifadə edirik. Əslində isə belə deyil. Şəxsiyyətinizin ictimailəşməsini istəmirsinizsə və ya əlaqə siyahınızda görünməz olmaq, həmçinin bir çox insanın bilmədiyi bəzi fəndləri öyrənmək istəyirsinizsə, bu material sizin üçündür.

1. WhatsApp-da necə görünməz olmaq olar?
Əgər düşünürsünüzsə, hamının setdə olduğunuzu bilməsi, statuslarınızı izləməsi vacib deyil, onda bu hiylədən istifadə edin.

• Android üçün: Menyu> Parametrlər> Hesab> Gizlilik bölməsinə keçin və fərdi məlumatların görünmə parametrlərini dəyişdirin.

• iOS üçün: Parametrlərə daxil olun, ekranın sağ alt küncündəki düyməsini sıxaraq parametrlərə keçin, məxfilik bölməsini açın və parametrləri dəyişdirin.

2. Mesajı necə nəzərəçarpan etmək olar?

Smayliklərlə yanaşı, məzmunu qalın, maili, xətlə işarəməklə istədiyiniz hissəni vurğulaya bilərsiniz.

Mətni maili (kursiv) yazmaq üçün, mətnin hər iki tərəfində _alt xətt_ istifadə edin.

Mətni qalın rənglə vurğulamaq üçün, ayırmaq istədiyiniz fikrin hər iki tərəfinə *ulduz* işarəsi qoyun.

Mətnin üzərindən xətt çəkmək lazım olduqda, sözün əvvəlində və sonunda ~ dalğalı xəttdən~ istifadə edin.

3. Qrup yaratmadan mesajı istənilən qədər insana göndərmək üçün nə etmək lazımdır?
Mesaj göndərmək üçün WhatsApp çox əlverişlidir. Çatla daxil olub> Menyu> bölməsindən "Yeni yayım"ı seçin. Açılan kontakt siyahısından mesajı göndərmək istədiyiniz dostlarınızı seçmək üçün "+" düyməsini sıxın və dostlarınızın adlarını daxil edin. Sonra ekranda görünən yaşıl işarəni sıxmaqla mesaj səhifəsi açılacaq və istədiyiniz mesajı siyahıda adı olan dostlarınıza göndərə biləcəksiniz.

Amma onların göndərdiyi mesajı sadəcə siz görəcəksiniz.

4. Sizi blok etdiklərini necə bilə bilərsiniz?
Bunu sizə işarə edən bir neçə "simptom" var:

Sonuncu dəfə setdə olduğunu və yaxud "onlayn" olduğunu görmürsən.

Profil şəklinin yeniləndiyini görmürsən.

Qrup yaradarkən onu kontakta əlavə edə bilmirsən.

5. Vacib mesajları necə yadda saxlamalı?

Bəzən kiminsə bizə atdığı nömrəni və yaxud hansısa vacib mesajı yarım saat axtarmalı oluruq. Vaxtınızı belə boşuna sərf etməmək üçün vacib mesjların üzərində ekranın yuxarı hissəsindəki ulduz işarəsinin üstünə vururuq. Belə olduğu təqdirdə çox asanlıqla seçilmiş mesajlar bölməsini seçməklə vaxt itirmədən lazım olan mesajı tapa bilərsiniz.

6. Mediafayllardan smartfonun yaddaşını necə qorumaq olar?

Sizin qayğıkeş WhatsApp-ınız yazışma zamanı göndərilən bütün şəkilləri və faylları yaddaşda saxlıyır. Bu isə telefonun yaddaşında kifayət qədər yer tutur.

Həlli yolu: Bunun üçün fotoşəkillərin avtomatik saxlanması rejimini söndürün.

Android üçün: Parametrlər bölməsindən, Data və yaddaş istifadəsi bölməsini seçib, media yükləmə seçimlərini edə bilərsiniz.

iOS üçün: Parametrlər> Məlumat> Media bölməsini seçməklə telefonunuzun yaddaşını qoruya bilərsiniz.

 

Bizimlə əlaqə saxlayın

Digər Texnologiya xəbərləri