20 
Fev
2020
14:11
515

Koronavirusa görə karantin altındakı şəxslərə 2000 iPhone paylandı – SƏBƏB

Yaponiyanın Yokohama limanında koronavirusa görə karantinə alınan "Diamond Princess" gəmisindəki sərnişinlərə iPhone telefonları paylanıb.

InterPress.ge bildirir ki, sərnişinlər arasında bu günə qədər 174 koronavirus yoluxması qeydə alınıb.

Hazırda karantinin davam etdiyi gəmidə sərnişinlərə 2000 iPhone paylanılıb. Rəsmilər məsələyə aydınlıq gətirərək bildiriblər ki, Yaponiya Sağlamlıq, Əmək və Sosial Təhlükəsizlik Nazirliyində xəstələrin həkimlə əlaqə saxlamasını təmin edən tətbiq yaradılıb. Paylanan iPhone-lar isə sözügedən tətbiq yüklənmiş halda sərnişinlərə təqdim edilib.

Mütəxəssislər bunun tibbi tövsiyələr üçün həkimlərlə əlaqə yaratmağın ən yaxşı yolu olduğuna qərar veriblər.

Məlumat üçün qeyd edək ki, gəmidəki karantin müddəti fevralın 19-na qədər davam edəcək.

 

Bizimlə əlaqə saxlayın

Digər Texnologiya xəbərləri