08 
Fev
2020
11:44
699

“WhatsApp”ın kompüterdə istifadəçiləri təhlükə altındadırlar

Desktop kompüterlərdən yazışmağa imkan verən “WhatsApp” tətbiqində son vaxtlara qədər ciddi bir zəiflik vardı.

Belə bir qərara “PerimeterX” şirkətindən olan tədqiqatçılar apardıqları araşdırmalar nəticəsində gəliblər.

Məlum olub ki, bu zəiflik həm “Windows”, həm də “macOS”lərin “WhatsApp”ında müşahidə olunub. Cinayətkarlar “JavaScript” kodunu ismarışla göndərərək, kompüterdə fayllara uzaqdan daxil ola, mesajlarda mətni dəyişdirə və ya zərərli proqram quraşdıra bilərdilər.

Tətbiqi hazırlayanlar bu zəiflikləri ehtiva edən “Chromium” sürgüsünün köhnəlmiş versiyasını istifadə etdiklərinə görə kompüterlərdə “WhatsApp” istifadəçiləri müdafiəsiz qalıblar.

Bir müddət əvvəl isə “VKontakte” və “Telegram” mesencerinin həmtəsisçisi Pavel Durov “WhatsApp”ın “casusluq” etdiyinə əmin olduğunu bildirmişdi. Onun fikrincə, “Facebook”a məxsus servisi işləyib hazırlayanlar qəsdən ona “backdoor” əlavə edirlər ki, istifadəçiləri izləyə bilsinlər.

Bizimlə əlaqə saxlayın