09 
Mar
2020
14:17
816

Sopo Kiladze: "Düşünürəm, məntiqidir ki, razılaşmadan sonra müxalifət Parlamentə qayıtsın"

"Təəssüfləndiricidir ki, müxalifət razılaşmanın əldə olunmasından sonra siyasi xalların qazamılmasına çalışır".

InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin İnsan Hüquqları Komitəsinin sədri, Sopo Kiladze bildirib.

Deputatın dediyinə görə, Gürcüstanda siyasi məhbuslar mövcud deyil.

“Müxalifət deyərkən siyasi məhbuslar azad olunmalıdır, ölkədə siyasi məhbuslar yoxdur və necə təsəvvür edirsiniz, “Gürcü Arzusu” nə etməlidir, Ali Məhkəməyə deməlidir qərarını dəyişsin və Qiqi Uqulavanı azadlığa buraxsın? Bu absurddur. Düşünürəm, gürcü ictimaiyyəti bu spekulyasiyanı başa düşəcək. Məntiqidir ki, bu razılaşmadan sonra onlar Parlamentə qayıtsınlar”, – Sopo Kiladze bildirib.

Qeyd edək ki, ötən gün ABŞ-ın bu ölkədəki səfirliyində müxalifətlə hakim partiya arasında keçirilən görüşdən sonra 2020-ci ilin payızında keçiriləcək seçkilərin 120 yer proporsional və 30 yer majoritar olmaqla, 1% baryerlə keçirilməsi barədə razılığa gəlinib. Razılığa əsasən, ümumi səslərin 40%-dən çoxunu toplaya bilməyən partiya parlament çoxluğu sayılmayacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər