09 
Mar
2020
13:46
1998

Gürcüstan koronavirusla bağlı xaricə ezamiyyətləri və təhsil səfərlərini məhdudlaşdırıb

Gürcüstan hökuməti koronavirusla (COVID 19) mübarizə tədbirləri çərçivəsində dövlət qurumlarının əməkdaşlarının xarici ölkələrə ezamiyyətini məhdudlaşdırıb.

InterPress.ge xəbər verir ki, qərar Baş nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının iclasında qəbul edilib. Məhdudiyyətin bundan başqa təhsil məqsədi ilə edilən səfərlərə də aid olduğu, məsələyə dair ali təhsil müəssisələrinin məlumatlandırılması üçün ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə göstəriş verildiyi bildirilib.

Qeyd edək ki, bu gün Gürcüstanda daha iki nəfərdə koronavirusa yoluxma təsdiqlənib. Bununla da ölkədə virusun təsdiqləndiyi şəxslərin sayı 15 nəfərə çatıb.

Bizimlə əlaqə saxlayın