08 
Mar
2020
23:20
818

Hakim və Müxalifət partiyasının razılaşdığı yeni seçki sisteminin Parlamentə təqdim olunacaqı vaxt açıqlandı

"Diplomatların iştirakı ilə hakim komanda və müxalifət arasında seçki sistemi üzrə nail olunan razılaşmanın müvafiq qanunvericilik təşəbbüsü Parlamentin bürosuna çərşənbə günü təqdim ediləcək".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan Parlamenti sədrinin müavini, Mamuka Mdinaradze bildirib.

Onun dediyinə görə, konstitusiya dəyişiklikləri barəsində müzakirə büronun sabahkı iclasında baş verə bilməz, çünki razılaşmanın müvafiq qanunvericilik təşəbbüsü yaxın iki gün ərzində hazırlanmalıdır.

“Biz son müddət olaraq 9 martı bəyan etdik. Ona görə ki, razılaşmanı çatdıra bilmidik. İndi bunun üçün iki günümüz var ki, çərşənbə günü büro iclasına çıxarılsın və müvafiq prosedurlar başlasın. Sözsüz ki, bu ümumxalq müzakirəyə çıxarılacaq və artıq üç səsvermədən sonra, konstitusiyada qeyd olunan razılaşmanı təmin edən norma olacaq. Konstitusiya dəyişiklikləri barəsində müzakirə büronun sabahki iclasında baş verə bilməz, çünki razılaşmanın müvafiq qanunvericilik təşəbbüsü yaxın iki gün ərzində hazırlanmalıdır”, – Mamuka Mdinaradze bəyan etdi.

Qeyd esək ki, hakim partiya və müxalifət 120/30 modeli, birpartiyalı seçki və çoxluğun komplektləşdirilməsi üçün 40 faizlik baryer üzrə razılaşdılar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər