07 
Mar
2020
13:01
1938

Gürcüstanın Prezident Administrasiyasının fəaliyyəti məhdudlaşdırıldı

Gürcüstanın Prezident Administrasiyasının fəaliyyəti koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə martın 7-dən 16-dək müvəqqəti məhdudlaşdırılıb.

InterPress.ge xəbər verir ki, bu barədə administrasiya məlumat yayıb.

Qeyd olunan dövrdə Orbeliani sarayında rəsmi tədbirlər keçirilməyəcək və vətəndaşların qəbuluna da məhdudiyyətlər tətbiq olunacaq.

Müxtəlif məsələlərlə bağlı Prezident Administrasiyasına müraciət etmək üçün vətəndaşlar “qaynar xətt” və ya rəsmi elektron poçt ünvanı ilə əlaqə saxlaya biləcəklər.

Bu məhdudiyyətlərə baxmayaraq, administrasiya adi rejimdə fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, bu günə qədər ölkədə koronavirusa yoluxma ilə bağlı 12 hal təsdiqlənib.(report)

Bizimlə əlaqə saxlayın