05 
Mar
2020
13:07
709

Gürcüstan İtaliyaya uçuşları dayandırmaq niyyətindədir

Gürcüstan koronavirus səbəbindən İtaliyaya uçuşları dayandırmağı nəzərdən keçirir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə naziri İvane Maçavariani hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda bu məsələ müzakirə edilir və yekun qərar hələ verilməyib: "Gürcüstan digər Avropa ölkələrinin bu sahədəki təcrübəsini tətbiq edəcək".

Bizimlə əlaqə saxlayın