04 
Mar
2020
12:46
934

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria Paşinyana bala it hədiyyə etdi - VİDEO

Gürcüstanın Baş naziri Georgi Qaxaria Gürcüstanda rəsmi səfərdə olan həmkarı Nikol Paşinyana Qafqaz Çoban itinin balasını hədiyyə etdi.

InterPress.ge xəbər verir ki, Qaxaria bala itin pasportdakı ləqəbinin Bombora olduğunu söylədi və Paşinyan onu dəyişdirməməyə söz verdi.

Qaxaria bala iti verərkən onun Kazbegi dağlarında böyüdüyünü izah edən videonu Ermənistan baş naziri öz Facebook səhifəsində yerləşdirib. Paşinyan bala itin onun beşinci iti olacağını da bildirdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər