03 
Mar
2020
13:27
1000

Sabiq prezident Giorgi Marqvelaşvili dövlət mühafizəsindən məhrum edildi

Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili dövlət mühafizəsindən məhrum edilib.

InterPress.ge xəbər verir ki, o, bu barədə “Twitter” hesabında yazıb.

“Ötən gün ürəkdən əla xidmətə görə mühafizəçilərimə təşəkkür edib onlarla sağollaşdım”, - G.Marqvelaşvili yazıb.

O bildirib ki, bu, prezident institutunu sarsıtmaqla bağlı hakimiyyətin siyasi qərarıdır.

Qeyd edək ki, 2013-2018-ci illərdə Gürcüstanın prezidenti olan G.Marqvelaşvili fəal siyasətə qayıdıb.(report)

Bizimlə əlaqə saxlayın