03 
Mar
2020
12:15
755

Gürcüstanın baş naziri: “Bölgədə sülh və sabitlik ölkələrin inkişafının əsasıdır”

“Biz çətin bölgədə yaşayırıq və ölkələrimizin inkişafının əsasını sülh və sabitlik təşkil edir”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria ermənistanlı həmkarı Nikol Paşinyanla görüşdə bildirib.

O deyib ki, ölkələr ilk öncə sülhə nail olmağa çalışmalıdırlar: “Daha sonra səylərimizi iqtisadi, mədəni, təhsil və digər sahələrin inkişafına yönəltməliyik”.

G.Qaxaria qeyd edib ki, Gürcüstan Ermənistan dövləti və xalqı ilə bütün sahələrdə mehriban qonşuluq münasibətlərinin dərinləşdirilməsində maraqlıdır.(report)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər