03 
Mar
2020
11:26
806

Paşinyan Gürcüstana səfər edib

Ermənistanın Baş Naziri Nikol Paşinyan Gürcüstanda rəsmi səfərdədir.

InterPress.ge-nin xəbərinə görə, səfər çərçivəsində onun Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə təkbətək və çoxtərəfli formatda görüşü keçiriləcək.

N. Paşinyanın prezident Salome Zurabişvili və parlamentin sədri Arçil Talakvadze ilə də görüşləri planlaşdırılıb.

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani bildirib ki, görüşlərdə tərəflər koronavirusa qarşı birgə mübarizə, regional təhlükəsizlik məsələləri, ticari-iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlıq kimi məsələləri müzakirə edəcəklər.

Səfər martın 4-də başa çatacaq.

Bizimlə əlaqə saxlayın