28 
Fev
2020
09:20
2099

Gürcüstanın Daxili İşlər Nazirliyi koronovirusa görə hərəkətə keçdi

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) koronavirusun yayılma ehtimalının qarşısını almaq məqsədilə hava limanlarında Çin, İran, Cənubi Koreya və İtaliyadan gələn bütün vətəndaşların məcburi tibbi müayinəsini həyata keçirir. Bu ölkələrdən gələn sərnişinlər xüsusi nəzarətə götürülürlər.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan DİN xüsusi məlumat yayıb.

Məlumatda deyilir ki, eyni zamanda, “Qırmızı körpü”, “Sadaxlo”, “Sarpi” və “Darial” sərhəd–keçid məntəqələrində, həmçinin Tiflis, Kutaisi və Batumi hava limanlarında sərnişinlərin yoxlanılması həyata keçirilir.

Gürcüstanın sərhəd-keçid məntəqələrindən hər gün 24 saat ərzində 25-30 min insan keçir. Həkim briqadaları onların vəziyyətini araşdırır və lazımi kömək göstərilir.

Nazirlik bəyan edir ki, yaranmış vəziyyətlə əlaqədar olaraq KİV əməkdaşlarının təhlükəsizliyi baxımından onların da sərhəd-keçid məntəqələrində sərbəst hərəkətlərinə məhdudiyyətlər tətbiq olunur.

Bizimlə əlaqə saxlayın