27 
Fev
2020
14:33
1033

Gürcüstan koronavirusa yoluxma riskinin olduğu ölkələrlə viza rejimi tətbiq etmək niyyətindədir

Gürcüstan koronavirusa yoluxmanın yüksək risk zonası kimi qeyd edilən ölkələrlə müvəqqəti viza rejiminin tətbiqi imkanlarını nəzərdən keçirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxariyanın imzaladığı fərmanda bildirilib.

Sənəddə, eyni zamanda əlaqəli dövlət agentliklərinə koronavirusun ölkə ərazisində yayılması riskinə hazırlıqlı olmaları barədə göstəriş verilib.

Bizimlə əlaqə saxlayın