26 
Fev
2020
16:45
1204

John kornblum: “Saakaşvili postsovet diktatorudur, məcbur edin doğruları söyləsin!"

“Saakaşvili postsovet diktatorudur, məcbur edin doğruları söyləsin!".

InterPress.ge xəbər verir ki, bu barədə Amerikanin ATƏT-dəki keçmiş səfiri Con Kornblum məktub yazıb.

O, məktubda Saakaşvilinin rejmindən danışıb:

"Mən, ABŞ-ın keçmiş səfiri və dövlət katibinin köməkçisi, 2012-ci ilin oktyabrında baş nazir seçkisində Saakaşvilinin rəqibinin xarici siyasət müşaviri olaraq vəzifədə idim, hansı ki Fletçerin ifadəsində qeyd olunmur. Bu cür səhlənkarlığın səbəbi çox güman ki, prezident və partiyası hər cür səy göstərməsinə, rəqib Bidzina İvanişvilinin kampaniyasını əngəlləmək üçün hökumətin bütün qollarından istifadə etməsinə baxmayaraq, 2012- ci il seçkilər nəticəsində hakimiyyət “Gürcü Arzusu” partiyasına verilməsidir. İvanişvili, Saakaşvilinin hakimiyyətini xarakterizə edən, vətəndaş hüquqlarının pozulmasının, hökümətin vətəndaşlara qarşı zorakılığına və iqtisadi çöküşə son qoymaq üçün siyasətə girən bir iş adamıdır.

Mən, 2012-ci il seçkilərinin son dramatik həftəsində iştirak edirdim və şəxsən mən özüm müşahidə etdiyim, seçki kompaniyasında iştirak edən vətəndaşlara olan zorakılıq və azadlığa amansız təzyiqi təsdiq edə bilərəm. Gürcüstan əhalisinin 60 faizinin Saakaşviliyə qarşı səs verməsi tək İvanişvilinin qoçaqlığı və cəsarəti deyil, həmçinin Saakaşviliyə bir daha seçkilərin oğurlanmasına icazə verilməyəcəyini göstərən qərb hökumətlərinin dəstəyi idi.

Fletçerin yeni dekanı yüksək səviyyəli Amerika hərbi məmurundan ibarət olan qrupdandır hansı ki, Saakaşvilinin cinayətlərinə baxmayaraq, NATO tərəfdarı olduğu üçün onu dəstəkləyirdilər. Əminəm ki, Dekan faktlardan asılı olmayaraq qərarını müdafiə etməli olacaq. Lakin, Fletçerin tələbə və professorlarının köməyi ilə, Saakaşvilinin, onu qınayacaqları bu instutda, hər üzərə çıxışması narazılıq və kritika yaratmasına səbəb olacağı ilə müsbət nəticə əldə etmək mümkündür. Onun rejimin infeksiyasına səbəb olan Gürcüstanın ən yeni tarixini oxuyun, Saakaşvilinin məhbuslarla necə rəftar etdiyi, rüşvət, 2011-ci ilin may ayı etirazçılara qarşı amansız basqısı və şəxsi zənginləşdirməsi barədə məlumat əldə edin. İlk növbədə, onu həqiqəti söyləməyə məcbur edin. Bununla, azadlığın Rusiya ilə həmsərhəd olan strateji bölgələrdə Saakaşvili kimi postsovet diktatorlarına necə qalib gələ biləcəyi barədə eksantrik bəyanatna nail olacaqsınız", - Con Kornblum tərəfindən yazılan məktubda deyilir.

Bizimlə əlaqə saxlayın