26 
Fev
2020
15:16
1122

Gürcüstanda koronavirusla bağlı pandemiyaya hazırlıq rejiminə keçilir

“Koronavirusun Gürcüstanda yayılması riski artıb”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, ölkənin Səhiyyə Nazirliyi pandemiyaya hazırlıq rejiminə keçir.

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze əhali arasında virusun yayılması riskinin əhəmiyyətli dərəcədə azaldılması üzrə bütün lazımı tədbirlərin görüldüyünü deyib: “Gürcüstanın sərhədlərində gediş-gəlişin məhdudlaşdırılması üçün əlavə tədbirlərə də hazırıq. Biz Gürcüstana daxil olmaların tamamilə qadağan olunmasının tərəfdarı deyilik”.

Nazir qeyd edib ki, koronavirusla bağlı əlavə tənzimləmələr hökumətə təqdim olunub.

Qeyd edək ki, hazırda Gürcüstanda koronavirusa yoluxma ilə bağlı heç bir hal qeydə alınmayıb.(report)

Bizimlə əlaqə saxlayın