26 
Fev
2020
13:31
675

"Gürcüstan Dəmir Yolları" özəlləşdirilə bilər

"Gürcüstan Dəmir Yolları" şirkəti ("Georgian Railways") özəlləşdirməyə çıxarıla bilər.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Maliyyə naziri İvane Maçavariani Tbilisidə keçirilən "Georgia and the World 2020" adlı beynəlxalq forumda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu sahədə bir sıra Avropa ölkələrinin təcrübəsi mövcuddur və Gürcüstan hökuməti də bu istiqamətdə düşünməlidir.

Nazir qeyd edib ki, strateji sahə olan dəmir yollarının özəlləşdirilməyə çıxarılmasından qorxmaq lazım deyil: "Strateji sahələr olan qazpaylayıcı şirkətlər, internet provayderləri, su təchizatı və s. sahələrdə olduğu kimi dəmir yollarının özəlləşdirilməsi də mümkündür".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər