25 
Fev
2020
16:43
701

Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava sabah Azərbaycana səfər edəcək.

InterPress.ge xəbər verir ki, nazir fevralın 27-28-də Bakıda İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın iclasında iştirak edəcək.

Toplantıda iki ölkə arasında birgə iqtisadi əməkdaşlığın inkişafının gələcək perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, komissiyanın həmsədrləri Gürcüstan və Azərbaycanın baş nazirləri - Giorgi Qaxaria və Əli Əsədovdur.(report)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər