24 
Fev
2020
14:48
804

Qara Dənizə Amerika hərbi gəmisi daxil oldu

Qara Dənizə “USS Ross” Amerika hərbi gəmisi daxil oldu.

InterPress.ge-nin məlumatına görə, ABŞ Dəniz Hərbi Qüvvələrinin vebsəhifəsində dərc olunduğu bəyanatda deyilir ki, gəmi Qara Dənizdə planlaşdırılmış əməliyyatda iştirak edəcək.

“USS Ross” raket gəmisi, Qara Dəniz akvatriyasında təhlükəsizlik və bölgə sabitliyinin gücləndirilməsinə yönəldilmiş əməliyyatda iştirak etmək üçün dənizə tranziti 23 fevralda başladı. Əməliyyatın məqsədidir ki, NATO müttəfiqləri və bölgə partnyorlarla birlikdə dəniz hərbi potensialının və hazırlığının nümayişini həyata keçirək”, – bəyanatda deyilir.

Rusiya Qara Dəniz donanmasında bəyan etdilər ki, Amerika gəmisinin hərəkətini müşahidə edəcəklər.

Bizimlə əlaqə saxlayın