19 
Fev
2020
21:23
909

Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan Gürcüstana ikigünlük rəsmi səfər edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

A.Davtyan Gürcüstanın Müdafiə Qüvvələrinin Baş qərargah rəhbəri, general-mayor Vladimir Çaçibayailə ikitərəfli görüş keçirib. Tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələsini müzakirə ediblər.

Görüşdə həmçinin hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlıq mövzusuna da diqqət ayrılıb.

Ermənistan nümayəndə heyəti səfər çərçivəsində NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) də baş çəkəcək.(report)

Bizimlə əlaqə saxlayın