18 
Fev
2020
17:15
1031

Gürcüstanın yeni baş prokuroru məlum oldu

Gürcüstan parlamenti İrakli Şotadzeni ölkənin baş prokuroru vəzifəsinə təsdiq edib.

InterPress.ge xəbər verir ki, onun namizədliyinin lehinə 82 deputat səs verib.

İkinci dəfə Gürcüstanın baş prokuroru olan İ.Şotadze növbəti 6 ildə bu vəzifəni tutacaq.

Qeyd edək ki, Gürcüstanın baş prokuroru Şalva Tadumadze ötən il dekabrın 12-də vəzifəsindən gedib. Buna səbəb onun Ali Məhkəmənin hakimi kimi təsdiqlənməsi olub.

İ.Şotadze isə 2018-ci il mayın 31-də istefa verib. O, bu vəzifəni 2015-ci ilin noyabrın 27-dən tutub. Onun istefasına səbəb Baş Prokurorluğun 2017-ci ilin dekabrın 1-də Tbilisidə 51 saylı ictimai məktəbin iki şagirdinin qətli ilə bağlı səs-küylü məhkəmə qərarını qüvvədə saxlamasından sonra kütləvi etirazlar olub.(report)

Bizimlə əlaqə saxlayın