15 
Fev
2020
20:09
893

Qiorqi Vaşadze: "Bizi həbs edirlər və biz isə danışıq üçün masaya əyləşək!?"

"Bizi həbs edirlər və biz isə danışıq üçün masaya əyləşək!?"

InterPress.ge xəbər verir ki, bu sözləri birləşmiş müxalifətin liderlərindən biri olan Qiorqi Vaşadze müxalifət və hakimiyyət arasında danışıqların davamının mümkünlüyü ilə əlaqəli suala cavab olaraq bildirib.

Qiorqi Vaşadzenin bildirdiyinə görə, hakimiyyət danışıqlar aparmaq istəmir onların bir məqsədləri var o da hakimiyyəti saxlamaqdır.

“Eşitdik ki, Nika Melianın işi apelyasiyaya göndərilib. Hamımızı tuturlar və bizdə bundan sonra danışıq üçün masaya əyləşək!?. Bu Absurddur, onlar heç bir danışıqlar istəmir. Onlar yalnız hakimiyyəti saxlamaq istəyirlər. Lakin onlar bunu bacarmayacaqlar".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər