14 
Fev
2020
09:33
1211

Gürcüstanda növbədənkənar seçkilər keçirilə bilər

Gürcüstanda növbədənkənar parlament seçkiləri keçirilə bilər. Ölkə qanunvericiliyində buna imkan verən mexanizm var.

İnterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Mühafizəkarlar Partiyasının sədri Zviad Dzidziquri "Palitranyus” televiziya kanalındakı çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, növbədənkənar parlament seçkiləri aprel və ya may ayında keçirilə bilər.

Qeyd edək ki, Z.Dzidziquri 2016-cı ilin noyabrından parlamentin sədr müavini, 2017-ci ilin martından isə Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsini tutub. 2019-cu ilin noyabrında isə o, bu vəzifədən istefa verib.

Bizimlə əlaqə saxlayın