13 
Fev
2020
14:36
806

Arçil Talakvadze : "Müxalifətə, danışıqlardan çıxmaqları ilə əlaqəli erkən qərar verməməklərini tövsiyyə edirəm"

"Dialoqun davam etməsi və razılığa gəlmək çox vacibdir. Buna görə də müxalifətə, dialoqlardan çıxmaqları ilə əlaqəli erkən qərar verməməklərini tövsiyyə edirəm".
İnterPress.ge xəbər verir ki, bu barədə parlament sədri Arçil Talakvadze Birləşmiş müxalifət tərəfindən qəbul edilmiş qərarla bağlı danışıb.

"Əgər müxalifət buna etiraz etsə, bu onlar üçün bir sınaq olacaq hansı ki, seçkilərdə qalib gələcəklərinə naümid olduqlarını təsdiqləyəcək" - dedi Arçil Talakvadze.

Qeyd edək ki, Birləşmiş müxalifət idarəçi komanda ilə danışıqlara son qoyub. Müxalifət 4 aprel tarixində Rustaveli prospektində miqyaslı aksiyanın keçiriləcəyini açıqlayıb.

Bizimlə əlaqə saxlayın