07 
Apr
2020
16:57
6775

Fövqəladə rejimin pozulmasına görə, yazılan cərmələrin ödənilməsi haqda açıqlama verildi

Fövqəladə qaydalarını pozduğuna görə cərimələnən şəxs 30 gün ərzində cərimə ödəməlidir.

InterPress.ge xəbər verir ki, bu barədə İnterpressNews-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, cərimə yazılan şəxs fövqəladə vəziyyət bitdikdən sonra 10 gün ərzində tətbiq olunan cərimə ilə bağlı şikayət edə bilər.

"Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə görə, cərimələrin ödənilməsi üçün 30 gün vaxt təyin edilib. Lakin apellyasiya şikayət edildikdə vaxt məhkəmə qərarının sonuna qədər dayandırılır. Qeyd etmək lazımdır ki, Gürcüstan Hökumətinin 181 nömrəli Qərarının 13-cü maddəsinin birinci abzasına əsasən, qanunvericiliklə müəyyən edilmiş inzibati şikayətin verilməsi və baxılması müddəti fövqəladə hallar dövründə dayandırılır. Müvafiq olaraq, şəxs fövqəladə vəziyyət rejiminin bitməsindən sonra 10 gün ərzində tətbiq olunan cəriməyə etiraz etmək hüququna malikdir. Ancaq fövqəladə vəziyyət zamanı şəxsin müraciət etməsinə məhdudiyyət qoyulmur. Hökümət fərmanının yuxarıda qeydləri insanı müraciət etmək hüququndan məhrum etmir, yalnız qanunla müəyyən edilmiş müddətləri uzadır. Buna görə, bir şəxs tətbiq olunan cəriməni müvafiq inzibati orqana və ya məhkəməyə şikayət edə bilər ", DİN-dən verilən açıqlamada deyilir.

Bizimlə əlaqə saxlayın