07 
Apr
2020
16:21
2260

Gürcüstanla Azərbaycan arasında bütün sərhəd-keçid məntəqələri tamamilə bağlandı

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Gürcüstanla Azərbaycan arasında bütün quru gömrük keçid məntəqələri ("Sınıq Körpü", "Laqodexi", "Samtatskaro" və "Mtkvari") bağlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 5 aprel 2020-ci il saat 00:00 tarixindən 20 aprel tarixinədən hər iki ölkə arasında quru və hava yolları ilə hərəkət tam məhdudlaşdırılıb.

Məhdudiyyətin yük daşımalarına şamil edilmədiyi bildirilib.

Bizimlə əlaqə saxlayın