07 
Apr
2020
14:08
2309

Gürcüstan prezidenti Salome Zurabişvili əfv fərmanı imzaladı

Gürcüstan prezidenti “Xareba” bayramı ilə bağlı doqquz məhkum qadını əfv etdi.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Gürcüstan prezidenti administrasiyasının vebsəhifəsində bildirilib.

“Onların hamısının bir və ya artıq kiçik yaşlı uşağı var, onlar tərəfindən törədilən cinayət isə, zoraklıq cinayət kateqoriyasına aid deyil.

Əfv olunanlar penitensiar müəssisəsini elə bu gün tərk edəcəklər”, – məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın