06 
Apr
2020
14:51
1201

Gürcüstanda məmurların saxlanıldığı xüsusi həbsxana ləğv edilir

Gürcüstanda artıq siyasətçilər və yüksək vəzifəli məmurlar üçün nəzərdə tutulan xüsusi penitensiar müəssisə fəaliyyət göstərməyəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani bildirib.

Onun sözlərinə görə, indidən sonra cinayət törədən bütün sabiq dövlət məmurları 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdiriləcəklər: “Hesab edirik ki, sabiq dövlət məmuru və ya dövlət strukturunda istənilən vəzifədə çalışanlar üçün ayrıca həbsxana olmamalıdır”. (Report)

Bizimlə əlaqə saxlayın