04 
Apr
2020
10:58
937

Çindən Gürcüstana 22 min qoruyucu maska göndərildi - FOTO

Mədəniyyət və İqtisadi Əməkdaşlıq Sino-Francophone Dərnəyi Gürcüstana 22 min qoruyucu maska və sanitariya ləvazimatları təqdim etdi.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Çindəki səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəlik qeyd edir ki, onlar assosiasiya ilə sıx əməkdaşlıq edirlər. Gürcüstanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arçil Kalandia təşkilatın prezidenti Lucy Wang ilə görüşüb.

Səfirlikdən verilən məlumata görə, maskalar və sanitariya ləvazimatları yükləri artıq Tbilisiyə göndərilib. Gürcüstan Səhiyyə Nazirliyinə təhvil veriləcək.

Qeyd edək ki, bundan əvvəl Çinin Siçuan əyaləti hökuməti Gürcüstana 420 min dollar dəyərində koronavirus və digər tənəffüs viruslarını aşkar etmək üçün sürətli testlərini, həmçinin müvafiq avadanlıq və aparatları təqdim etmişdi.

Bizimlə əlaqə saxlayın