25 
Mar
2020
13:39
2626

Marneuli və Bolnisidə karantin rejiminin üçüncü günü - FOTOLAR

Gürcüstan Silahlı Qüvvələrinin Şərq Komandanlığı bölmələri Daxili İşlər Nazirliyi ilə birlikdə xüsusi təyin olunmuş keçid məntəqələrində Marneuli və Bolnisinin giriş-çıxışlarına nəzarət edir.

InterPress.ge xəbər verir ki, patrul dəstələri Müdafiə Qüvvələri ilə birgə 24 saat boyunca ikinci dərəcəli yollarıda nəzarət altına alıb.

İkinci dərəcəli yollara nəzarət etmək üçün Müdafiə Qüvvələrinin 6 stasionar və 1 səyyar nəzarət məntəqəsi təşkil edilib. Gecə-gündüz səyyar komanda stasionar nöqtələr arasında patrul, piyada patrulları isə stasionar məntəqələrdən gələn marşrutlara nəzarət edir. Hərbiçilər tərəfindən pozulma faktı dərhal aradan qaldırılır.

Müdafiə Qüvvələrinin bölmələri Marneuli və Bolnisi bələdiyyələrinin Bolnisi və Kazreti şəhərlərinə daxil olan beş girişinə, həmçinin Tetritskaro-Marneuli və Qırmızı Körpü-Rustavi yollarına nəzarət edir. Xüsusi təyin olunmuş nəzarət-buraxılış məntəqəsində hərbi heyət bütün gələn və gedən şəxsləri yoxlayır. Müdafiə qüvvələri əraziyə daxil olan və çıxan nəqliyyat vasitələrinin xüsusi kimyəvi maddələrlər dezinfeksiya edirlər.

Qeyd edək ki, Hökumət Koordinasiya Şurasının qərarına əsasən, Gürcüstan Müdafiə Qüvvələri Bolnisi və Marneulinin sərt karantin rejimi ilə əlaqədar martın 23-dən bəri koronavirusun yayılması üçün profilaktik tədbirlərə cəlb edilib. Müdafiə qüvvələri fövqəladə vəziyyətdə Daxili İşlər Nazirliyi ilə tam koordinasiyada karantin məhdudiyyətlərinə nəzarət edir.

Bizimlə əlaqə saxlayın