23 
Mar
2020
18:17
2110

Gürcüstana sabah sürətli koronavirusu aşkar edən testlər gətirilir

“Bildiyiniz kimi , hazırda bizdəki testlər xəstəliyi, simptomların yaranmasından və ya xəstəliyin səkkizinci günündə təyin edir, buna görə də xəstənin ilk günündə test olunması məqsədəuyğun deyil".

InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, sabahdan Gürcüstanda ilk gündən koronavirusu aşkarlayan testlər olacaq.

"Sabahdan Gürcüstanda olacaq testlər xəstəliyi ilk gündən aşkarlaya biləcək. Testin keyfiyyətinin bizim üçün əhəmiyyəti olduğuna görə testlər amerikalı və koreyalı mütəxəssislərin köməyi ilə seçildi və Gürcüstana gələcək testlər bizə koronavirusu birinci və ikinci gündə 100 faiz dəqiqliklə təyin etməyə imkan verəcək “ - deyə Ekaterine Tikaradze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər