20 
Mar
2020
11:12
938

Gürcüstan sərhədlərinin mühafizəsini gücləndirdi

Gürcüstanın Sərhəd Polisi gücləndirilmiş iş rejiminə keçib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Martın 18-dən etibarən koronavirusun ölkə ərazisində mümkün yayılmasının qarşısını almaq məqsədilə xarici vətəndaşların Gürcüstana girişi qadağan olunub. Bu baxımdan sərhədçilər gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

Sərhəd Polisinin rəhbəri Temur Kekelidzenin qərarı ilə quru sərhədlərin qorunmasına əlavə insan və texniki resurslar cəlb olunub. Gürcüstanın sərhəd perimetrinə nəzarət müasir sərhəd mühafizəsi texnikası ilə gücləndirilib.(report)

Bizimlə əlaqə saxlayın