19 
Mar
2020
22:28
2655

Gürcüstanın Müdafiə Nazirliyi yeni qərar aldı: Əsgərlərin hərbi baza ərazisini tərk etmələri məhdudlaşdırılır

Martın 21-dən etibarən koronavirusun mümkün yayılmasının maksimal şəkildə qarşısının alınması məqsədi ilə, Gürcüstanın Müdafiə Qüvvələri kazarma vəziyyətinə keçid alacaq.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Müdafiə naziri, İrakli Ğaribaşvili yayır.

Nazirin də qeyd etdiyi üzrə, kazarma vəziyyəti zamanı əsgərlərin hərbi baza ərazisini tərk etmələri məhdudlaşdırılır. Ğaribaşvilinin sözlərinə əsasən, bu tədbirlər bazada virusun yayıla bilmə ehtimalını hiss olunacaq qədər azaldacaq.

“Müdafiə naziri olaraq mənim əsas prioritetim əsgərlərimizin və onların ailə üzvlərinin müdafiəsidir. Məhz bu səbəbdən, biz qərar verdik və martın 21-dən etibarən koronavirusun mümkün yayılmasının qarşısını almaq məqsədi ilə, Gürcüstanın Müdafiə Qüvvələri kazarma vəziyyətinə keçir.

Kazarma vəziyyəti zamanı əsgər tərəfindən hərbi bazanın ərazisini tərk etməyə məhdudiyyət qoyulur. Bu ölçülər bazada virusun yayılması ehtimalını hiss olunacaq qədər azaldır. Hərbçilərin bazalarda bütün ehtiyyacları qarşılanacaq.

Sözü gedən vəziyyətə keçid hərbi xidmətçilərin və onların ailə üvlərinin müdafiəsi məqsədini daşıyır.

Gürcüstanda yeni tip koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə, Qurumlararası Koordinasiya Şurasının tövsiyyələrinə uyğun olaraq Müdafiə Nazirliyi ilk günlərdən etibarən fəal tədbirlər görür.

Martın 12-də verdiyim sərəncama əsasən, müdafiə qurumunun işçilərinin bir qismi uzaqdan işləmə rejiminə keçib.

Gürcüstana qayıtdıqdan sonra iki həftə ərzində Müdafiə Nazirliyinin əməkdaşı aşağıdakı hallarda: o və ya ailə üzvləri bu sərəncam verilməzdən əvvəl son iki həftə ərzində xaricdə olublarsa; Xarici ölkədən gələn biri ilə əlaqə qurubsa ; Koronavirusa yoluxması təsdiqlənən,karantində və ya öztəcridə olan insanla bir başa və ya dolayı yolla ,özünün və ya ailə üzvünün əlaqəsi olubsa –işə gəlməməlidir.

Virusun yayılmasının maksimal şəkildə qarşısının alınması üçün qurumun hər bir işçisindən xüsusi sorğu anketlərini doldurmaq tələb olunur. Hərbi Polis İdarəsi öztəcriddə olan zabitlər tərəfindən qaydalara əməl olunmasına nəzarət edir. Müdafiə Nazirliyinin ərazisində və bütün Gürcüstan miqyasında yerləşən hərbi bazaların ərazilərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Qurumda fövqəladə iclaslar Nazirliyin İdarəetmə Mərkəzindən video konfrans vasitəsilə keçirilir.

Xüsusi qruplar hərbi personalın temperaturunu yoxlayırlar . Binalarda müvafiq dezinfeksiyaedici maddələr əlçatandır “-deyə İrakli Ğaribaşvili rəsmi “Facebook” səhifəsində yazır.

Bizimlə əlaqə saxlayın