17 
Mar
2020
16:04
944

Giorgi Qaxariya: "Bu virusu da dəf edəcəyik"

"Bu virusu da dəf edəcəyik, buradan da çıxacağıq, lakin iqtisadiyyatımız elə bir durumda olmalıdır ki, itirdiyimiz mövqeləri sürətlə bərpa edək".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya bildirib.

Onun dediyinə görə, prosesi ona görə idarə edirlər ki, virusun yayılmasının piki idarə edilən olsun.

“Pik, idarə etdiyimizin keyfiyyətindən asılıdır. Bu çox əhəmiyyətlidir. Bizim məqsədimizdir ki, pikə ümumiyyətlə daxil olmayaq. Bu yalnız rəngarəng sözlər deyil. Hamımız başa düşürük ki, qlobal aləm tamamilə dəyişib, başqa çağırışlar qarşısında dururuq, insanın adi hərəkətləri dəyişir. Məqsədimizdir ki, bu transformasiya ölkəmizdə maksimal olaraq mərhələ şəklində baş versin. Hamımız yaxşı başa düşürük ki, bu virusu da dəf edəcəyik, buradan da çıxacağıq, lakin iqtisadiyyatımız elə bir durumda olmalıdır ki, itirdiyimiz mövqeləri sürətlə bərpa edək”, – Qaxariya bəyan etdi.

Bizimlə əlaqə saxlayın