12 
Mar
2020
13:14
976

Tea Tsulukiani: "Havanın istiləşməsi ilə bərabər koronavirusun öz-özünə yox olması ilə bağlı gözləntimiz yoxdur"

"Ədliyyə Nazirliyi koronavirusun yayılmasının prevensiya tədbirləri olaraq, müvafiq qərarlar verdi".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Naziri Tea Tsulukiani nildirib.

Nazirin dediyinə görə, bu həmçinin, Ədliyyə Nazirliyinin əməkdaşlarının fəaliyyətlərinin məsafədən yerinə yetirməsinə aiddir, yəni əməkdaşlar imkan daxilində, evlərindən işləyəcəklər.

Tea Tsulukianinin dediyinə görə, havaların istiləşməsi ilə bərabər virusun yox olması ilə bağlı gözləntilər əsassızdır.

“Havanın istiləşməsi ilə bərabər koronavirusun öz-özünə yox olması ilə bağlı gözləntimiz yoxdur və hərkəs digərlərinə qarşı öz şəxsi məsuliyyətini göstərməlidir” – dedi Tea Tsulukiani.

Hazırda Gürcüstanda koronavirusa yoluxanların sayı 24-ə çatıb.

Bizimlə əlaqə saxlayın