17 
Fev
2020
13:48
233

Eka Beseliya: "Baş prokurorun seçilməsinin formal prosesində iştirak etməyəcəm"

"Parlamentin Hüquq məsələləri üzrə Komitəsinin bu günki iclasında iştirak etməyəcəm".

InterPress.ge bildirir ki, bu sözləri müstəqil parlament deputatı Eka Beseliya deyib.

Bu gün Komitə iclasında baş prokurorluğa namizəd, İrakli Şotadzeni dinləməlidirlər.

Onun bildirdiyinə görə, o həmmçinin plenar iclasda seçilmə prosesində də iştirak etməyəcək.

Beseliya hesab edir ki, baş prokurorun seçilməsi prosesini hakim partiya zədələdi və proses formal oldu.

Qeyd edək ki, Gürcüstan Parlamentinin Hüquq məsələləri üzrə Komitəsi iclasında baş prokurorluğa namizəd, İrakli Şotadzeni dinləyəcəklər. Parlamentə İrakli Şotadzenin namizədliyini Prokurorluq Şurası təqdim edib. İrakli Şotadzenin namizədliyinin plenar iclasa səsverməyə bu həftə çıxarılması mümkündür. İrakli Şotadzeyə vəzifəyə seçilməsi üçün 76 deputatın dəstəyi lazım gələcək.

Mənbə: 1tv

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri