17 
Fev
2020
12:21
360

Gürcüstanın sabiq prezidenti fəal siyasətə qayıtdı

Gürcüstanın sabiq Prezidenti Georgi Marqvelaşvili aktiv siyasətə qayıdıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə G. Marqvelaşvili “Twitter”də bildirib.

“Gürcü Arzusu” avtoritarizmi seçməklə qırmızı xətti keçdi. Artıq ölkədə demokratiya, milli birlik, Qərb yolu yoxdur. Bunlara tamaşa etmək fikrim yoxdur. Aktiv siyasətə qayıdaraq dostlarım və gürcü xalqı ilə birlikdə Qərb seçim missiyamıza xidmət edəcəyəm”, - deyə G. Marqvelaşvili qeyd edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri