14 
Fev
2020
17:12
213

Arçil Talakvadze: "Gürcüstanın Avropa seçimini və Avropa yolunu kimsə dəyişdirə bilməz"

"Gürcüstanın Avropa seçimini və Avropa yolunu kimsə dəyişdirə bilməz".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze deyib.

Onun dediyinə görə, dostlarla və partnyorlarla əməkdaşlıq davam edəcək.

“Dostlarımızla və partnyorlarımızla beynəlxalq arenada əməkdaşlığa davam edəcəyik, müxalifətlə isə, seçkilərdə görüşəcəyik” – dedi Arçil Talakvadze.

Onun dediyinə görə, seçki ilinin gərgin olması gözlənilirdi.

“Görürük ki, ölkə daxilində tərəfdarları az olan müxalifətçilər öz seçki kampaniyalarını xaricdə aparırlar” – dedi Talakvadze.

Avroparlamentdə müxalifətə dəstək verən siyasətçilərə gəlincə isə, Gürcüstan parlamentinin sədrinin dediyinə görə, “Avropa xalq partiyası” 2012-ci ilə qədər və ondan sonrada, Milli hərəkatın müttəfiqi olan bir partiyadır.

Gürcüstan parlamentinin spikeri bəyan edir ki, əsas olan gürcü xalqının seçimidir.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri