17 
Mat
2020
17:49
129

Parlament Ali Məhkəmənin sədri vəzifəsinə Nino Kadagidzeyi seçdi

Parlament Ali Məhkəmənin sədri vəzifəsinə Nino Kadagidzeyi seçdi.

InterPress.ge 1tv-yə istinadən xəbır verir ki, Nino Kadagidzenin namizədliyi üçün bu günki plenar iclasda səs verildi.

Kadagidzenin namizədliyini 82 deputat dəstəklədi. Əleyhinə səs verən olmadı.

“Milli Hərəkat” və “Avropa Gürcüstanı” səs vermədə iştirak etmədilər. Onlar siyasi boykota davam edirlər.

Nino Kadagidze hüquqi məsələlər üzrə komitəyə öz mövqeyini bu gün təqdim etdi və deputatlar onu iki saat ərzində dinlədilər.

Nino Kadagidze Ali Məhkəmədə keçirilməsi planlanan islahatlar haqqında da ətraflı məlumat verdi.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri